Keyt Midlton kral sarayını tərk etdi

Keyt Midlton kral sarayını tərk etdi
2240 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Britaniya kraliçası II Yelizavetta ilə şahzadə Uilyamın xanımı, hersoginya Ketrin arasında münasibətlər korlanıb.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, 88 yaşlı kraliçanın gəlini üzərində nəzarəti və göstərişləri Keyti hövsələdən çıxarıb.

Belə ki, o, kraliça ilə dalaşaraq şahzadə Uilyamla birlikdə Kensinqton sarayını tərk edib və Norfolkdakı “Anmer House” iqamətgahına yerləşib. Saraya yaxın mənbələrdən biri hersoginyanın qərarının dəyişməz olduğunu bildirib:
 
“Keytin bu addımı, əslində kraliçaya bir zərbədir. Vəziyyət o həddə çatıb ki, şahzadənin xanımı bir dəqiqə də sarayda qalmaq istəmir. O, özünü burada qəfəsdəki quş kimi hiss edirdi. Norfolkda isə Londondan fərqli olaraq, həm şahzadə Georginin, həm də onun özünün çoxlu dostları var”.