"Prada" moda evi "Versace"ni alır

"Prada" moda evi "Versace"ni alır
357 dəfə oxunub
  • A-
  • A
  • A+

"Prada" moda evi "Versace" geyim markasının 100%-ni lüks şirkəti "Capri Holdings"dən alır.

Axşam.az xəbər verir ki, holdinqin mətbuat xidmətindən verilən məlumata görə, sövdələşmə 1,375 milyard dollar məbləğində olub.

Müqavilənin tənzimləyici orqanlar tərəfindən təsdiqləndikdən sonra 2025-ci ilin ikinci yarısında bağlanacağı gözlənilir. O vaxta qədər satış qiyməti dəyişə bilər.

Qeyd edək ki, mart ayında Donatella Versaçe "Versace"nin kreativ direktoru vəzifəsini tərk edərək brendin əsas səfiri oldu. Onun vəzifəsini əvvəllər "Miu Miu"da işləyən Dario Vitale icra edir.