Ötən ilin avqustunda 18 illik evliliyindən sonra iş adamı Yan Abramovdan boşanan müğənni Alsu haqqında qalmaqallı xəbərlər yazılmaqda davam edir.
Axşam.az-ın məlumatına görə, sənətçinin adı tez-tez yeni eşq xəbərlərində hallanır. "Moda Topical" jurnalının mükafatlandırma gecəsinə qatılan ifaçı bununla bağlı sualları cavablandırıb.
"Son vaxtlar ən çox verilən sualdır. Görüşlərə gedirəm, amma nadir hallarda. Çünki indiyənə qədər mənim ruhuma toxunacaq yaxşı seçim olmayıb" deyə, Alsu bildirib.
Xatırladaq ki, Alsu və Abramov birgə əldə etdikləri əmlakı bölməyə davam edirlər. Bu yaxınlarda iş adamının vəkili Aleksandr Dobrovinski cütlüyün aktivlərini 30 milyard rubl qiymətləndirib.