Meqandan küsülü olduğu qayınatasına barışıq jesti

Meqandan küsülü olduğu qayınatasına barışıq jesti
497 dəfə oxunub
  • A-
  • A
  • A+

Şahzadə Harrinin xanımı Meqan Markl sahib olduğu "As Ever" brendindən Böyük Britaniya Kralı III Çarlza hədiyyə göndərib. 

Axşam.az xəbər verir ki, bu haqda ingilis mediası insayderlərə istinadən yazıb. Görünür, Meqan həyat yoldaşının qohumları ilə münasibəti düzəltməyə çalışır.

"Bir mürəbbə münasibətləri düzəltməyə yetməyəcək. Amma Meqanın bu jesti təqdirəlayiqdir. Bu, barışıq üçün açıq bir dəvətdir. Keçmiş aktrisanın əvvəllər oxşar hədiyyələri yalnız məşhur dostlarına göndərdiyi sirr deyil" deyə, mənbə açıqlamasında bildirib.

Hədiyyənin nədən ibarət olmasını isə jurnalist Nil Şon açıqlayıb.

"Bu, çox etibarlı mənbəyə görə, mürəbbələr, bal, "pancake" və müxtəlif şirniyyatlardan ibarət "As Ever" hədiyyə qutusu idi" deyə, o, əlavə edib.