Papanın ölüm səbəbi açıqlandı

Papanın ölüm səbəbi açıqlandı
1923 dəfə oxunub
  • A-
  • A
  • A+

Roma Papası Fransisk beyin insultundan, komadan və geri dönməz ürək-damar sisteminin dayanmasından vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə Vatikanın Səhiyyə və Gigiyena İdarəsinin direktoru, professor Andrea Arkangelinin Roma yepiskopunun ölümü haqda imzaladığı tibbi arayışda bildirilir.

Sənəddə qeyd olunur ki, Fransisk bundan əvvəl ikitərəfli multimikrob pnevmoniya, çoxsaylı bronxoektaziya, yüksək qan təzyiqi və 2-ci tip diabet fonunda kəskin tənəffüs çatışmazlığı keçirib.

Xatırladaq ki, 88 yaşlı Roma Papası bu gün səhər saatlarında iqamətgahında dünyasını dəyişib.