"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadə (Teymurzadə) Rusiyanın NTV Televiziya Şirkəti ASC-nin baş direktorunun müavini, baş prodüser Timur Vaynşteynin həyat yoldaşı Yana Batırşina ilə bir araya gəlib.
Axşam.az xəbər verir ki, o, birlikdə çəkilən fotolarını instaqram səhifəsində yayımlayıb və ürək emojisi qoyub.
Qeyd edək ki, Timur və Yana cütlüyünün iki övladı var. Aysel xalq artisti Murad Adıgözəlzadə ilə ailəlidir. Onun bu nikahdan 3 övladı var.