Araş məşhur mahnını bu dəfə Coni ilə oxudu - Video

Araş məşhur mahnını bu dəfə Coni ilə oxudu - Video
1447 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) dünya şöhrətli müğənni Araşla bir araya gəlib.

Axşam.az xəbər verir ki, onlar 2000-ci illərdə dünyada hit olan "Boro-Boro" mahnısının remeykini hazırlayıblar. Araşla videosunu sosial şəbəkədə paylaşan Coni bunları yazıb:

"Cümə günü biz 2000-ci illərdə dünyada milyonlarla insanın qəlbini fəth etmiş əfsanəvi "Boro-Boro" mahnısının remeykini təqdim edəcəyik. Coni və Araş - "Уходи Уходи".  

Qeyd edək ki, Araş 2009-cu ildə Aysel Teymurzadə ilə Azərbaycanı "Avroviziya"da təmsil edib. O, müsahibələrində ulu babasının azərbaycanlı olduğunu bildirmişdi.