"Məni mənəviyyatsız insanlarla efirə çağırmayın"

"Məni mənəviyyatsız insanlarla efirə çağırmayın"
640 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elvin Abdullayev aparıcılara səslənib. 

Axşam.az xəbər verir ki, sənətçi verilişlərə tanımadığı ifaçılarla qatılmaq istəmədiyini deyib:

"Məni ucuz, mənəviyyatsız insanlarla efirə dəvət etməyin. Xahiş edirəm, hörmətlə yanaşın. Bəzi kanallar və aparıcılar, necə başa düşürsünüz düşün. Heç kəs ağıllı-ağıllı fikir yazmasın. Özünə hörmət edən sənətçi hər efirə getməz və hər gələnlə verilişə çıxmaz".