"İnsan daxilən necədirsə, onu heç nə dəyişə bilməz. Nə şöhrət, nə var-dövlət, nə mühit. Olduğum kimiyəm. Olduğumdan da çox razıyam”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Samirə ƏliMəryəm "Xəzər axşamı" verilişində deyib. Sənətçi gündəmə çox gəlmək istəmədiyini açıqlayıb:
"Özümə çox sərhədlər qoymuşam. İstəmərəm o sərhədləri keçim. Allah ağlımı başımdan almasın. Sadəcə öz işimlə məşğulam. İşim sənətimlə məşğul olmaq, mahnılar oxumaq, klip çəkdirmək, verilişlərə çıxıb sənətdən danışmaqdır. Evdə danışıb, nələrəsə görə gileylənirik. Amma heç mən onu da danışmıram. Çalışıram ruhuma o neqativi yapışdırmayım. Lazım da deyil".