"Allahım, bu nə gözəl hisslərdir yaşayıram. Sonsuz təşəkkür edirəm. Təsadüfə baxın, bu gün təşəkkür məktubu günüdür, çox gözəl hiss etdirir. Ardı gəlsin".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə yazıb. İzləyicisinin ona yazdığı məktubu bölüşən Vüsalə yaşadığı hissləri bölüşüb.
Məktubda izləyicisi Vüsaləyə atasının əməliyyatı üçün dəstək olmasına təşəkkür edib.