Türkiyəli müğənnisi Mahsun Kırmızıgül xəstəxanaya yerləşdirilib.
Axşam.az xəbər verir ki, son vaxtlar ardıcıl ölüm xəbərləri alan ifaçının səhhətində problemlər yaranıb. Sürətli ürək döyüntüsündən əziyytət çəkən Mahsunun hazırda vəziyyətinin yaxşı olduğu deyilib.
Qeyd edək ki, M.Qırmızıgülün anası Faika Bazencir ötən ilin dekabrında 99 yaşında vəfat edib. Bunun ardından ögey anası Zühre Bazencir də bu il dünyasını dəyişib.