Məşhur supermodel Cici Hadidlə aktyor sevgilisi Bredli Kuperin nişanlandığı iddia edilib.
Axşam.az xəbər verir ki, cütlük Nyu-Yorkda modelin ad gününü birgə qeyd edib. 30 yaşlı model 50 yaşlı sevgilisiylə əl-ələ görüntülənərkən Cicinin barmağındakı üzük isə nişan şayiələrinin yaranmasına səbəb olub.
Qeyd edək ki, müğənni Zayn Malikdən ayrıldıqdan sonra Cicinin adı aktyor Leonardo DiKaprio ilə hallanıb. Cici ilə Zaynın bir qız övladı var.
Bredli Kuperin isə model İrina Şeyklə münasibətindən Lea De Seine adlı bir qızı var.