Ana olmağa hazırlaşan türkiyəli aktrisa İrəm Helvacıoğlu həyat yoldaşı Ural Kasparla haqlarında çıxan ayrılıq iddialarına aydınlıq gətirib.
Axşam.az xəbər verir ki, aktrisa sosial media hesabında həyat yoldaşı ilə fotosunu yayımlayıb. O, bununla bir müddət əvvəl haqlarında çıxan şayiələri təkzib edib.
Qeyd edək ki, İrəm Uralla ötən il nikah masasına əyləşib. Aktrisa son olaraq "Kara dut" serialında rol alıb.
