"Çox pisəm, ilk dəfədir yanımdan getdi" - Foto

"Çox pisəm, ilk dəfədir yanımdan getdi" - Foto
2826 dəfə oxunub
  • A-
  • A
  • A+

Rəqqasə Rəna Ağamuradova (Renka) övladı ilə bağlı paylaşım edib. 

Axşam.az xəbər verir ki, sənətçi oğlunun xaricə oxumağa getdiyini bildirib. 

"Uşağını böyük həyata buraxan ana. Birinci dəfədir yanımdan getdi. Artıq anlayıram ki, uşağım böyüdü və onu buraxmaq vaxtı gəldi çatdı. Çox pisəm, Allah bütün balaları qorusun" deyə, Renka paylaşımında yazıb. 

Qeyd edək ki, rəqqasənin bir qız, bir oğul övladı var. Renka oğlunun Polşada universitetə daxil olduğunu, amma uzun müddətdir viza probleminə görə oxumağa gedə bilmədiyini açıqlamışdı.