Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyevanın adından dələduzluq edən şəxslər tapılıb.
Axşam.az xəbər verir ki, bu haqda Aynişan özü məlumat yayıb. O bildirib ki, onun adından anasından alınan pul geri qaytarılıb:
"Bu gün çox sevincli bir xəbər aldıq. Mənim adımdan istifadə edərək anamdan pul istəyib oğurlamışdılar. Polis həmin qrup oğruları tapdı və bu gün pulumuz geri qaytarıldı".
Qeyd edək ki, A.Haşımova qızının adından ondan 1200 manat alındığını açıqlamışdı.
