Aparıcı Leyla Mustafayevanın yayımladığı video müzakirələrə səbəb olub.
Axşam.az xəbər verir ki, videoda kosmetoloq qəbulunda olan aparıcının üzünə etdirdiyi prosedurlar nümayiş edilib.
Leyla effektlə çənəsini böyüdüb və izləyiciləri ilə zarafatlaşıb. Bu isə sosial şəbəkə istifadəçilərinin tənqidinə səbəb olub.
Yazılan təhqirlərin qarşısını almaq üçün L.Mustafayeva videoaçıqlama yayıb və "Video zarafat idi. Hamı yazdı ki, yaraşmadı. Görün nə qədər bir-birimizi tənqid edir, qınayırıq. İnsanları olduğu kimi qəbul etsək, hər şey əla olar. Effekt idi. Siz məni belə qəbul edin. Üzümdəki kobud dəyişiklik sizi narahat etdi. Əziz şərh yazanlar, heç kim mükəmməl deyil. Pis sözlər yazmayın, günahdır" sözlərini söyləyib.