Müğənni Elnarə Xəlilova bir neçə gün əvvəl təqdim etdiyi "Gözümün içinə bax" klipinə görə tənqid edilib.
Axşam.az xəbər verir ki, klip qəbiristanlıqda və mərhum müğənni Rəhim Rəhimlinin məzarı üstündə çəkilib.
Ekran işində Elnarənin tələbəsi Piri Əliyevlə Rəhimin məzarı başında mahnı oxuması əks edilib. Bu görüntülər bir neçə gündür sosial şəbəkədə tənqid hədəfinə çevrilib.
Qeyd edək ki, mahnının müəllifi Rəhim Rəhimlidir. İfaçı sağlığında mahnını özü oxuyub.
E.Xəlilova məsələ ilə bağlı açıqlamasında "Rəhim Rəhimliyə yaradıcılıq mərkəzimdə onun qardaşı və varisi Anar Rəhimlinin iştirakı ilə xatirə gecəsi təşkil etdik. Gecədə şəxsən iştirak edən Anar Rəhimli öz ailəsi adından bu gözəl addıma görə mənə və bütün mərkəz üzvlərinə öz dərin minnətdarlığını bildirdi. Məzar başında klip çəkilməsinə gəldikdə isə Rəhimin xatirəsinə həsr edilən klip kimin məzarında çəkilməlidir ki? Bu normal haldır” sözlərini deyib.