Onların çıxışına qadağa qoyuldu

Onların çıxışına qadağa qoyuldu
285 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Alla Puqaçovanın qızı, Əməkdar artist Kristina Orbakaytenin Latviyaya girişi qadağan edilib.

Axşam.az xəbər verir ki, Latviyanın Dövlət Təhlükəsizlik Xidməti Kristinanın və serb musiqiçisi-bəstəkarı Qoran Breqoviçin respublikaya girişinə qadağa qoyub. Bu barədə Latviya dövlət televiziya və radiosunun LSM portalı məlumat yayıb.

Xüsusi xidmət bu ifaçıların çıxışlarının Latviyanın milli təhlükəsizliyinin maraqlarına uyğun olmadığını iddia edib.

Bildirilib ki, sənətçilərin yayda bir neçə ölkədə konsertləri planlaşdırılıbmış. Aprelin əvvəlində Litvanın baş naziri Gintautas Paluckas həm Rusiya, həm də Litva vətəndaşlığına malik Orbakayteni yerli səhnədə çıxış etməzdən əvvəl xüsusi hərbi əməliyyatla bağlı mövqeyini bildirməyə çağırıb. Litvanın Mədəniyyət Nazirliyi tədbirin təşkilatçılarına mümkün mənfi nəticələrə görə məsuliyyət daşıdıqlarını xatırladıb.