Engin Polatla atası həbs olundu

Engin Polatla atası həbs olundu
1860 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur türkiyəli fenomen Dilan Polatın həyat yoldaşı Engin Polat və onun atası Sezgin Polata 5 il 2 ay müddətinə həbs cəzası verilib.

Axşam.az-ın məlumatına görə, onlar saxta fakturalar və vergi proseduru qanununu ardıcıl olaraq pozduqlarına görə azadlıqdan məhrum ediliblər.

Həmçinin ailənin baş mühasibi Ahmet Gün də 4 il 2 ay müddətinə həbs olunub. Onların ümumilikdə dövlətə 44 milyon lirə maddi ziyan vurduğu bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Dilan və Engin barəsində çirkli pulların yuyulması maddəsi ilə cinayət işi açılmışdı. Cütlük izahatı alındıqdan sonra sərbəst buraxılmışdı.