Xalq rəssamı Rafiz İsmayılov vəfat edib.
Axşam.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
O uzun müddətdir, ağır xəstəlikdən əziyyət çəkirdi.
Xalq rəssamı ilə vida mərasimi sabah Təzə pir məscidində baş tutacaq.
Qeyd edək ki, R.İsmayılov 30 mart 1939-cu ildə Bakıda anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirib. 1966-1972-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb.
1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb. Bir çox bədii filmlərin, teatr tamaşalarının quruluşçu rəssamı, bir neçə animasiya filminin rəssamı və rejissorudur.
R.İsmayılov həmçinin bir neçə kitabin da tərtibatçı rəssamı olub.
Allah rəhmət eləsin.