Rusiyanın Əməkdar artisti İrina Kostrova vəfat edib.
Axşam.az xəbər verir ki, aktrisa bu gün 102 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, İrina Kostrova Jeleznodorojni, Lenkomun və Taqanka Teatrlarının səhnəsində çıxış edib. 1999-cu ildə Rusiya Federasiyasının Əməkdar artisti adına layiq görülüb. O, həmçinin Kabardin-Balkar və Kalmıkiyanın Əməkdar artistidir.