Rusiyanın Xalq artisti Filipp Kirkorovun instaqram hesabı bloklanıb.
Axşam.az xəbər verir ki, bu barədə “7days.ru” nəşri məlumat yayıb. Buna nəyin səbəb olduğu məlum deyil.
Lakin Kirkorov son paylaşımında klipindən bir kadr - əlində tapança tutduğunu əks etdirən anları yayımlayıb. Bloklanmaya məhz bunun səbəb ola biləcəyi ehtimal edilir.
