"Şakir Paşa ailesi" izləyicilərinə pis xəbər

"Şakir Paşa ailesi" izləyicilərinə pis xəbər
2864 dəfə oxunub
  • A-
  • A
  • A+

Ssenarisi gerçək həyatdan götürülən “Şakir Paşa Ailəsi: Mucizeler ve Skandallar” serialı final edəcək.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı ekran işinin baş rol aktyoru Cem Yiğit Üzümoğlu verib. O, final qərarı ilə bağlı bunları söyləyib:

“Gerçək həyatdan, möhtəşəm hekayədən bəhs olunurdu. Çox məyusedici hadisələr baş verdi. Bir neçə dəfə çəkiliş meydançasında yanğın hadisəsi baş verdi. Amma axırıncı dəfə yanğında yayım menecerinin vəfat etmesi son nöqtəni qoydu, final qərarı alındı”.

Qeyd edək ki, layihənin 15-ci bölümdə mövsüm finalı edəcəyi bildirilmişdi.