69 yaşlı amerikalı milyarder və "Microsoft"un keçmiş ən böyük səhmdarı Bill Qeytsin qızı Fibi atasına autizm spektri pozğunluqlarından (ASD) biri olan Asperger sindromu diaqnozu qoyulduğunu açıqlayıb.
Axşam.az xəbər verir ki, bu barədə “The New-York Post” yazır.
"Atam sosial cəhətdən olduqca yöndəmsizdir. Asperger sindromu var" deyə, 22 yaşlı Fibi bildirib.
Nəşr əlavə edib ki, milyarderin özü heç vaxt autizm spektrinin pozğunluğu olduğunu açıq şəkildə söyləməyib.
Qeyd edək ki, ünsiyyətdə çətinliklər Asperger sindromunun əlamətlərindən biridir. Bu diaqnozu olan insanlar digər insanların emosiyalarını tanımaqda, üz ifadələrini, intonasiya və jestləri şərh etməkdə, reaksiyalarını ətrafa uyğunlaşdırmaqda çətinlik çəkirlər ki, bu da kobudluq kimi qəbul edilə bilər. Bundan əlavə, bu insanlar tez-tez müəyyən bir maraqla dərindən maraqlanırlar.