"Aşıq Ələsgərin heykəlini bəyənmədim, Koroğlununku isə..."

"Aşıq Ələsgərin heykəlini bəyənmədim, Koroğlununku isə..."
2446 dəfə oxunub
  • A-
  • A
  • A+

"Aşıq Ələsgərin heykəli heç xoşuma gəlmədi. Professionallıq tərəfdən bəyənmədim. Şəhərdəki hər heykəl gərək yüksək səviyyədə olsun. Çünki bu heykəllər qoyulur və uzun illər qalır".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq rəssamı Ömər Eldarov iş xanımı Ruhi Əliyevanın "Qaranlıqda həqiqət" yutub layihəsində deyib. Heykəltaraş Bakıda ucaldılan heykəllərdən danışıb:

"Koroğlunun heykəli Tokay Məmmədov tərəfindən hazırlanıb. Tokay yaxşı heykəltəraş olsa da, bir neçə dəfə səhvləri olub. O, daha çox sənədlərə, yazılanlara baxırdı. Dastanda yazılıb da… Demək olar, göstərmək olmaz. Koroğlunun heykəlində heç nə düz deyildi. Yazılanları vizual göstərmək olmaz".