Sərnişinlər 15 dəqiqə tuneldə qalıb - Video

Sərnişinlər 15 dəqiqə tuneldə qalıb - Video
1779 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün “Həzi Aslanov” və “Xalqlar dostluğu” stansiyaları istiqamətindəki şəhər şəbəkəsindən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Bakı Metropoliteni” QSC-yə gələn yüksək gərginlikli elektrik xətləri ilə enejinin verilişində məhdudiyyətlər yaranıb.

Axşam.az xəbər verir ki, elektrik enerjisinin kəsilməsi ilə qatarlardan biri tuneldə qalıb.

Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. İddialara görə, qatarın tuneldə qalma müddəti 15 dəqiqə olub.

Qeyd edək ki, daha sonra yaranan problem aradan qaldırılıb.