Piyadaların diqqətinə!

Piyadaların diqqətinə!
1114 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 12-dən 19-dək respublika ərazisində “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçiriləcək.

Axşam.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, tədbir çərçivəsində piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına qarşı nəzarət-profilaktik tədbirlərin artırılması ilə yanaşı, əhali arasında təbliğat-təşviqat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi nəzərdə tutulur.

İdarə bir daha piyadaları diqqətli olmağa çağırıb, eyni zamanda ictimai təsisatları, xüsusilə media subyektlərini sözügedən tədbir çərçivəsində birgə əməkdaşlığa dəvət edib.