Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində "Avroviziya-2025" mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir.
Axşam.az-ın məlumatına görə, gecədə 15 ölkənin təmsilçisi mahnılarını səsləndirib.
Yarışmada ölkəmizi “Run with you” mahnısı ilə təmsil edən "Mamagama" qrupu finala çıxa bilməyib.
Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San-Marino, Estoniya, Portuqaliya, Ukrayna kimi ölkələrin təmsilçiləri isə finala vəsiqə qazanıblar.
Qeyd edək ki, yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.