"Avroviziya 2025" beynəlxalq mahnı müsabiqəsinin qalibi bəlli olub.
Axşam.az-ın məlumatına görə, Avstriya müsabiqədə 436 balla birinci olub. Ölkəni "JJ" ləqəbi ilə tanınan Yohannes Piç adlı müğənni “Wasted love” mahnısı ilə təmsil edib.
Qeyd edək ki, bu il ölkəmizi yarışmada "Mamagama" qrupu “Run with you” mahnısı ilə təmsil edib. Onlar yarışmanın finalına vəsiqə qazana bilməyiblər.
Ümumilikdə 26 ölkə təmsilçisi qalibiyyət uğrunda mübarizə aparıb. Azərbaycan 12 xalı İsrailə verib.