Baskovun çıxışı milyonlara başa gəlir

Baskovun çıxışı milyonlara başa gəlir
399 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Nikolay Baskovun korporativ tədbirlərdə çıxışına görə aldığı qonorarı bəlli olub.

Axşam.az xəbər verir ki, prodüser Sergey Dvortsov Baskovun korporativ tədbirlərdən təxminən 6 milyon rubl (130 min manat) qazandığını bildirib.

"Onu həm qapalı, həm də açıq tamaşalara dəvət edirlər. Rus oliqarxlar onu çox sevirlər. Baskov hər yerdə məşhurdur" deyə, o söyləyib.

Bu qonorarın yaxın zamanlardan yenidən qaldırılacağı da istisna deyil. Dvortsovun fikrincə, Baskov “Rusiyanın qızıl səsi” adına layiqdir.