Ermənilərin oğurladığı mahnı yutubdan silindi

Ermənilərin oğurladığı mahnı yutubdan silindi
1528 dəfə oxunub
  • A-
  • A
  • A+

Erməni əsilli Kipr müğənnisi Ovik Dəmirçyan tərəfindən musiqisi bəstəkar Ələkbər Tağıyevə, sözləri şair Mikayıl Müşfiqə məxsus “Qal, sənə qurban” mahnısını mənimsənilərək erməni mahnısı kimi təqdim edilib.

Axşam.az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Ovik Dəmirçyan mahnını yutub platformasında yunan dilində “Hara gedir” adı altında yayıb.

Məsələ ilə bağlı Agentlik tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) texniki yardımı ilə O.Dəmirçyanın yutub platformasında yaydığı mahnı silinib.

Qeyd edək ki, mahnı ilk dəfə 1968-ci ildə Xalq artisti Zeynəb Xanlarova tərəfindən ifa edilib.