Fransada keçirilən "Fête de la Musique" adlı illik küçə musiqisi festivalında qəribə hadisə yaşanıb.
Axşam.az xəbər verir ki, gecədə yer alan təxminən 145-ə yaxın qadın və yeniyetmə qız onlara zəhərlənmiş şpris batırıldığını iddia edib. Şpirisdə nə olduğu isə bilinmir. İddia edilib ki, şpris zəhərlidir. Buna görə də bəzi qadınlar müaayinədən keçmək üçün xəstəxanaya aparılıblar.
Fransa Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edilib ki, festivalda bir çox xoşagəlməz hal yaşanıb. 305 nəfər festivaldakı müxtəlif cinayətlərə görə nəzarətə götürülüb.
Zorakılıq nəticəsində təxminən 1500 nəfər xəsarət alıb. Tədbir zamanı həmçinin 14 bıçaqlanma hadisəsi baş verib və 51 avtomobil yandırılıb.