Pərvinin evindən 100 mindən çox pul oğurlanıb - Video

Pərvinin evindən 100 mindən çox pul oğurlanıb - Video
1591 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Pərvin Abıyeva filmə çəkilmək üçün istədiyi qonorarı açıqlayıb. 

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "İncə səhər" verilişində danışıb. O bildirib ki, yüksək qonorar istəyir:

"Təxmini 20 min manat istəyirəm. Əgər 10 günlük çəkilişdirsə... Çox deyil, bunu 5 minə etmək istəyən var. Sponsor, pul olsa da qonorar vermək istəmirlər. Bunu bizim aktyor və aktrisalar edir. Deyirlər ki, Pərvin olmasın, başqasına az verəcəyəm çəkiləcək".

Pərvin evindən edilən oğurluqdan danışıb:

"100 mindən çox pulum oğurlanıb. Bu, bir neçə dəfəyə edilib. Hissə-hissə götürüb. Bilmirdim, düşünürdüm ki, pul yerindədir. Bilirəm kimdir, amma üzüm gəlmir deməyə. Qardaşımın təhsili üçün yığmışdım, illərdir topladığım məbləğ getdi. İllərlə yaxınlığım olan idi, sübut edə bilmədim".