Paşinyanın xanımı Antalyada 100 min avro xərcləyib

Paşinyanın xanımı Antalyada 100 min avro xərcləyib
2633 dəfə oxunub
  • A-
  • A
  • A+

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Vaçikovna Akopyan tətil üçün Antalyanı seçib.

Axşam.az xəbər verir ki, onun dörd günlük Antalyadakı tətili təxminən 100 min avroya (təxminən 197 min manat) başa gəlib. Akopyanın bu qədər dəbdəbəli və bahalı istirahəti Ermənistanda ciddi narazılığa səbəb olub. 

19-22 iyun tarixləri arasında Akopyan Antalyanın ən lüks otellərindən biri olan “Titanic Mardan Palace”da qalıb. O, otelin "King Suit" adlanan ən bahalı otağına bir gecə üçün 6 min avro ödəniş edib. 

Xərclər təkcə otaqla məhdudlaşmayıb: şampanla dolu vanna, şəxsi yoqa məşqçisi, xüsusi xidmətçi, yaxta icarəsi və minibar kimi lüks xidmətlər üçün əlavə pullar ödəyib. İqtisadi çətinlik yaşayan ölkədə hökumət başçısının ailəsinin bu cür israfçı davranışı geniş tənqidlərə səbəb olub.