"Efir öncəsi xanım Xalq artisti mənə yığdı ki, gəl, səninlə işim var. Efirə də 2 saat qalmışdı. Getdim onlara. Adını çəkməyəcəyəm. Çay içəndə ehtiyatsızlıq etdim, mürəbbə üstümə töküldü. Həyat yoldaşının köynəyini gətirib mənə verdi. Efirə həmin geyimdə çıxdın. Üstündən 3 ay keçdi. Məclislərin birində məndən söhbət düşəndə həmin Xalq artisti deyib ki, Elgiz mənim geyimlərimlə efirə çıxıb".
Axşam.az xəbər verir ki, bu sözləri Elgiz Əkbər "Elgizlə izlə" verilişində deyib. O, ilk efirə çıxdığı zamanlarda müğənni Nadir Qafarzadənin ona etdiyi yardımdan danışıb:
"Nadir Qafarzadə mənə 5 kostyum verib. O zaman hələ efirlərə təzə çıxırdım. Dedi ki, qarderobumda qəşəng kostyumlarım var, sənə hədiyyə edim. Onları sevə-sevə geyindim. Heç kim də bilmədi ki, bunlar Nadirindir. Nə oldu, zərləri töküldü? Gözünüzdən düşdüm?".