Bred Pittin evi qarət olunub

Bred Pittin evi qarət olunub
378 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Bred Pittin Los-Ancelesdəki evi naməlum şəxslər tərəfindən qarət edilib.

Axşam.az xəbər verir ki, Los-Anceles polisi oğruları axtarır. Hüquq-mühafizə orqanlarının məlumatına görə, oğurluqda 3 nəfər iştirak edib.Onlar aktyorun evinə pəncərədən girərək müxtəlif qiymətli əşyaları götürüblər.

Hadisə iyunun 19-da baş verib. Hüquq-mühafizə orqanlarındakı mənbələr oğurluq baş verən zaman 61 yaşlı Pittin evdə olmadığını qeyd edib. Cinayətkarlar naməlum miqdarda şəxsi əşyaları oğurlayıblar. Dəymiş ziyanın dəqiq məbləği hələlik açıqlanmayıb.

Pitt bu evi 2023-cü ilin aprelində 5,5 milyon dollara alıb. "Radar Online" qeyd edir ki, Pittin evində baş verən hadisə Los-Ancelesin bir çox məşhurların yaşadığı prestijli ərazilərdə baş verən oğurluqların sonuncusudur. Oğrular daha əvvəl Nikol Kidman və Keyt Urbanın evinə giriblər. Soyğunçular malikanəyə daxil olmaq üçün pəncərəni də sındırıblar.