Rusiyanın Xalq artisti Mixail Boyarskinin yenidən səhhətində problem yaranıb.
Axşam.az xəbər verir ki, sənətçi Sankt-Peterburqdakı xəstəxanaların birinə yerləşdirilib. Aktyorun oğlu Sergey Boyarski atasının xəstəxanaya yerləşdirilməsinin səbəbini açıqlayıb. O, valideyninin ayağındakı damara stent qoyulduqdan sonra tibbi müdaxilə tələb edən problemlər yarandığını qeyd edib.
Boyarski hazırda xəstəxanasının damar kardiologiyası şöbəsindədir. Onun bu gün evə buraxılacağı bildirilib.