22 il əvvəl aldığı zədəyə görə əməliyyat olundu

22 il əvvəl aldığı zədəyə görə əməliyyat olundu
580 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem əməliyyat olunub.

Axşam.az xəbər verir ki, buna onun 22 il əvvəl İngiltərənin milli komandasında oynayarkən aldığı zədə səbəb olub.

Bildirilib ki, Bekhem 2003-cü ildə CAR yığması ilə yoldaşlıq görüşü zamanı biləyindən zədələnib. Həmin vaxt onun biləyinə bir vint qoyulub və bunun bir müddət sonra əriməsi nəzərdə tutulub.

Amma bu baş verməyib. 50 yaşlı sabiq yarımmüdafiəçi biləyindəki ağrılarla yaşayıb.