Gəlinliyi 900 saata hazırlanıb - Fotolar

Gəlinliyi 900 saata hazırlanıb - Fotolar
1723 dəfə oxunub
  • A-
  • A
  • A+

“Amazon” şirkətinin qurucusu Ceff Bezosla keçmiş teleaparıcı Loren Sançesin toyu ilə bağlı maraqlı faktlar ortaya çıxmaqda davam edir.

Axşam.az xəbər verir ki, Sançesin "Dolce & Gabbana" brendinə məxsus gəlinliyinin hazırlanmasına düz 900 saat vaxt sərf olunub. Libas Milanda hazırlanıb.

Sançesin gəlinlik italiyalı aktrisa Sofi Lorenin 1958-ci ildə Melvil Şavelsonun "Houseboat" filmində geyindiyi paltardan ilhamlanıb. Sofi Loren filmdə Keri Qrantla toylarında sözügedən gəlinliyin oxşarını geyinib.

Onun nikah üzüyü də diqqətdən yayınmayıb. Fotolarda Loren iki üzük taxıb. 20 əyyarlıq və təxminən 2,5 milyon dollar dəyərində olan nişan üzüyünü sağ əlinin barmağına taxıb. Yeni nikah üzüyünü isə məşhur zərgər Lorreyn Şvarts tərəfindən dizayn edilib. Bu üzüyün çəkisi təxminən 45 əyyardır və dəyəri 6 milyon dollar təşkil edir.