Əmrahın “Gəlməyən Bahar”ı hər kəsi ağlatdı (Fotolar)

Əmrahın “Gəlməyən Bahar”ı hər kəsi ağlatdı  (Fotolar)
2726 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünən Nizami Kinoteatrında türkiyəli müğənni və aktyor Əmrah Erdoğanın rejissorluq etdiyi “Gəlməyən Bahar” filminin qala gecəsi keçirilib.

Axşam.az-ın məlumatına görə, gecəyə Əmrah, filmin baş rol ifaçılarından olan aktyor Turqay Tanülkü, millət vəkili Qənirə Paşayeva da qatılıb.

Film nümayişindən sonra ayaqda alqışlanan Əmrah, Turqay Tanülkü, Qənirə Paşayeva, Film Fondunun direktoru Cəmil Quliyev səhnəyə çıxaraq, təəssüratlarını tamaşaçılarla bölüşüblər.

“Gəlməyən Bahar”ı çox bəyəndiyini deyən Qənirə Paşayeva onun çox təsirli bir ekran işi olduğunu söyləyib:

“Filmi göz yaşı içində izlədim. Son bir neçə ildə məni bu qədər ağladan ekran işi olmamışdı. Əmrahı bu gözəl iş münasibətilə təbrik edirəm”.

Film haqqında danışan Əmrah Ərdoğan bu qədər diqqət gözləmədiyini bildirib:

“Qəlbimdə Azərbaycanın bir başqa yeri var. Buranın insanlarını, gözəlliyini sevirəm. Çox sağ olun ki, mənə belə diqqət göstərirsiniz”.

Azərbaycana illər əvvəl gəldiyini və bura heyran olduğunu deyən Turqay Tanülkü tamaşaçılara təşəkkür edib.

Gecədə Heydər Əliyev Fondu tərəfindən Əmraha çərçivəyə salınmış Azərbaycan xalçası əsəri hədiyyə edilib. Modelyer Gülnarə Xəlilova isə türkiyəli müğənniyə öz əl işi olan toxunmuş rəsm bağışlayıb.

Qeyd edək ki, “Gəlməyən Bahar” filmində aktyorlar Beyza Şekerci, Hasan Küçükçetin, Duyğu Keser, Ayten Uncuoğlu, Turqay Tanülkü və başqaları rol alıb.

  Zəhra Əhmədova

  Fotoqraf: Rəşad Abbasov