"Heç bir işlə təmin edilmədim"

"Heç bir işlə təmin edilmədim"
8401 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Allahverdi Yolçuyev ünvanına yazılan tənqidlərə cavab verib. 

Axşam.az-a açıqlama verən aktyor sadəcə işlə təmin edilmək arzusunda olduğunu bildirib:

"Açıqlama verdim ki, mən dilənçi deyiləm. İki evim var. hamı başladı məni tənqid etməyə. Axı mən dövlətdən ev istəməmişəm. Sadəcə, dərmanlarım bahalıdır. Onları almaq üçün maaş istədim. Bir evimdə yaşayıram. O biri balacadır, orada səhnə geyimlərimi saxlayıram. Arada məşqlər edirəm".

A.Yolçuyev işlə təmin edilməsi haqda xəbərlərə də aydınlıq gətirib:

"Mənə zəng gəldi ki, sənədlərini göndər. İş təcrübəmə baxmaq istədilər. Mən də göndərdim. Amma ondan sonra heç bir cavab gəlmədi. Yəqin artıq sentyabrda baxacaqlar. Heç bir işlə təmin edilmədim".