Əməkdar artist Gülüstan Əliyeva məşhur türkiyəli yazıçı Hakan Mengüçlə bir araya gəlib.
Axşam.az xəbər verir ki, müğənni yazarla Şamaxıda keçirilən Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalında qarşılaşdıqlarını bildirib.
G.Əliyeva birlikdə olan fotolarını izləyiciləri ilə bölüşüb.
Hakan Mengüçdə şamaxıdan görüntülər yayımlayıb. O, Şamaxıda "Diri Baba” türbəsinə getdiyini bildirib.