Cabir İmanov vəfat etdi

Cabir İmanov vəfat etdi
7744 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Cabir İmanov vəfat edib.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib.

Qeyd edək ki, C.İmanov 1992–2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Ailəli idi, 4 övladı var.