Teylor Sviftdən yeni rekord

Teylor Sviftdən yeni rekord
755 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı məşhur müğənni Teylor Svifti "Spotify"da yeni rekord qırıb.

Axşam.az xəbər verir ki, onun yeni hazırlanan albomu "The Life of a Showgirl" işıq üzü görmədən əvvəl 5 milyondan çox qeydiyyat toplayıb. Bu, platformanın tarixində belə yüksək rəqəmə çatan ilk albomdur.

Albom oktyabrın 3-də yayımlanacaq. Bu, müğənninin keçən il işıq üzü görən "The Tortured Poets Department" albomundan sonra 12-ci studiya işidir və həmin musiqi toplusu da öncədən qeydiyyat rekordunu əlində saxlayırdı.