AZAL-ın təyyarəsi uzun aradan sonra İrəvanda

AZAL-ın təyyarəsi uzun aradan sonra İrəvanda
1044 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün AZAL-a məxsus təyyarə Ermənistanın paytaxtı İrəvanda eniş edib. 

Axşam.az xəbər verir ki, bu barədə məlumatı hərbi ekspert Ədalət Verdiyev feysbuk hesabında paylaşıb. 

“Uzun fasilədən sonra bu gün (oktyabrın 21-i – red.) AZAL təyyarəsi İrəvan hava limanına enib” deyə, o, qeyd edib. 

Bildirilib ki, təyyarə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü üçün İrəvana yola düşən azərbaycanlı ekspertləri daşıyıb. 

“Sputnik Ermənistan”ın məlumatına görə, Bakıdan gələn xüsusi reys dünən təqribən 16:00-da İrəvanda yerə enib. 

Qeyd edək ki, Ermənistanın Təhlükəsizlik Siyasəti Araşdırma Mərkəzi oktyabrın 21-22-də hər iki ölkə nümayəndələrinin iştirakı ilə İrəvanda dəyirmi masa müzakirələrinin keçiriləcəyi barədə məlumat yayıb.