Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda baş verən 6,1 maqnitudalı zəlzələ İstanbul, Bursa və İzmir kimi ətraf şəhərlərdə də güclü şəkildə hiss olunub.
Axşam.az xəbər verir ki, zəlzələ anı İstanbuldakı “TGRT Haber” telekanalında yayımlanan canlı verilişdə efirə gedib.
Aparıcı Fatih Atik və qonaqlar Nagehan Alçı, Fuat Uğur, Cem Küçük və Şamil Tayyar efirdə olduqları anda silkələniblər. O anlar studiyanın kameraları tərəfindən qeydə alınıb.