Dalğaların hündürlüyü 5 metrə çatacaq - Xəbərdarlıq

Dalğaların hündürlüyü 5 metrə çatacaq - Xəbərdarlıq
1416 dəfə oxunub
  • A-
  • A
  • A+

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Axşam.az xəbər verir ki, oktyabrın 29-u günün ikinci yarısından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi oktyabrın 30-u gündüz saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 2-3 m, sonrakı inkişafda 3-5 m-ə çatacağı proqnozlaşdırılır.