Başqırdıstanın sakinləri İqor Kridin respublikanın “Xalq artisti” fəxri adından məhrum edilməsi tələbi ilə petisiya başladıb.
Axşam.az-ın məlumatına görə, petisiyanın müəllifləri bildiriblər ki, ifaçı bu ada layiq deyil, çünki onun mahnılarında qeyri-senzuralı ifadələr (söyüşlər) işlədilir.
Hazırda petisiya təxminən min imza toplayıb.