Hollivudun məşhur prodüseri 146 il həbs cəzası aldı

Hollivudun məşhur prodüseri 146 il həbs cəzası aldı
745 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud prodüseri Devid Pirs zorlamada və 2 qətldə ittiham edilir.

Axşam.az xəbər veirir ki, prodüser 146 il həbs cəzasına məhkum olunub. Bu barədə Britaniyanın "Metro" qəzeti məlumat yayıb.

Los-Anceles dairə məhkəməsi 2025-ci il 29 oktyabrda bununla bağlı hökm çıxarıb. Qərarda qeyd olunub ki, Pirs 24 yaşlı aktrisa və model Kristi Caylsın, həmçinin 26 yaşlı meksikalı dizayner Hilda Marsela Kabrales-Arsolanın ölümündə təqsirli bilinib. Hər iki qadın 2021-ci ilin 13 noyabrında narkotik maddələrin həddindən artıq qəbulundan dünyasını dəyişib.

İstintaq zamanı müəyyən edilib ki, qadınlar Pirslə anbar tipli bir məkanda keçirilən əyləncədə tanış olublar. Daha sonra prodüser onları Beverli-Hillzdəki evinə dəvət edib və onlara narkotik maddələr - o cümlədən fentanil (güclü sintetik opioid) və GHB (cinsi zorlamalarda tez-tez istifadə edilən maddə) verib.

Məhkəmə prosesi zamanı təqdim olunan sübutlar cinayətlərin zorakı şəkildə törədildiyini göstərib. Xüsusilə, Pirsin DNT nümunələri hər iki qurbanın bədənində aşkarlanıb.

Onlar maskalı şəxslər tərəfindən Los-Ancelesdəki xəstəxanaların qarşısında ölməyə buraxılıblar. Kabrales-Arsola ilkin olaraq reanimasiyaya yerləşdirilib, lakin 11 gün sonra, doğum günündən cəmi bir gün əvvəl, dünyasını dəyişib.

Pirsin vəkilləri apel­lyasiyaya vermək niyyətində olduqlarını açıqlayıblar. Lakin hazırda 146 il azadlıqdan məhrumetmə, şərti azadlığa buraxılma hüququ olmadan hökm qüvvədə qalır.