İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.
Axşam.az xəbər verir ki, bu haqda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilir ki, İsmayıllı stansiyasından 21 km şimalda, yerli vaxtla saat 02.50-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, ötən gün də İsmayıllıda 3,4 maqnitudalı zəlzələ olmuşdu.